Qazaxda avtomobil 12 yaşlı piyadanı vurub

17.10.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazax rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Qazax rayonunun Kosalar - Canalı kənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2105” markalı avtomobil 2014-cü il təvəllüdlü Səyalı Xəlilovanı vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью