Qazaxda avtomobil ağaca çırpıldı, iki yeniyetmə yaralandı

06.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

 

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 13 yaşlı T. Qulizadə və 14 yaşlı T. Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Fuad Nazimoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью