Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var KONKRET

05.10.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Qazaxda avtomobil dərəyə aşıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью