Qazaxda avtomobil divara çırpılıb ölənlər var | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Qazax rayonunda ağır yol qəzası baş verib.
SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, "BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu