Qazaxda avtomobil piyadanı vuraraq öldürüb Xəbər saytı Son xəbərlər və Hadisələr

21.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qazax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, Qazax sakini, 1981-ci il təvəllüdlü Rövşən Eyvaz oğlu Nəbiyevi maşın vurub.

O, ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью