Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Qazax rayonunda avtoqəza zamanı üç nəfər ölüb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, qəza rayonun Aslanbəylı kəndinin ərazisində Yuxarı Salahlı-Kəmərli yolunda qeydə alınıb.
İki minik maşının toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. İki nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.