Qazaxda biçilmiş taxıl sahəsi yandı VİDEO

23.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Qazax rayonunun Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 1 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью