Qazaxda bir ailənin 4 üzvü qazdan zəhərləndi

19.04.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 66 yaşlı S.Abbasova, 37 yaşlı A.Abbasova, 9 yaşlı T.Abbasov və 7 yaşlı F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью