Qazaxda cüdo üzrə region birincilikləri keçiriləcək

30.04.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 4-ü və 5-i tarixlərində Qazaxda U-14 və U-17 yeniyetmələr arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qazax Olimpiya İdman Kompleksində baş tutacaq yarışlarda ümumilikdə 310 cüdoçu iştirak edəcək.

Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Yığmamız Avropa Kubokunda Çempion olub Bundesliqa: “Bavariya” 3 xalı 4 qolla qazandı Naxçıvanda cüdo üzrə region birinciliyi keçirilib Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçumuz çıxış edəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью