Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər yerindəcə öldü

05.06.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью