Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.Adalet.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.***08:49Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Adalet.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.Nəticədə avtomobildə olan 4 nəfər - rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 1997-ci il təvəllüdlü Rafət Nəsibov, 2000-ci il təvəllüdlü Zaur Əhmədov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.