Qazaxda ətraf mühiti çirkləndirənlər cəzalandırıldı

09.11.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları  ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktiki tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağköynək kəndi ərazisində məişət tullantılarını urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyatı şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью