Qazaxda evdə partlayış: Yaralanan var YENİLƏNİB

13.05.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.

Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 19:30 radələrində 1 qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü  il təvəllüdlü  Sədaqət Əliyevaya  zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiyya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью