Qazaxda evin talvarı uçdu İki avtomobilə ziyan dəydi (FOTOLAR)

20.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə, vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью