Qazaxda gölə yıxılan kişi boğularaq ölüb

17.07.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxda gölə yıxılan kişi boğularaq ölüb.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Əli Rəhimov nəvələri ilə gəzərkən ayağı anidən sürüşüb və İncəçayından gələn su dəryaçasına düşüb.

Nəticədə kişi orada boğularaq ölüb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью