Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlinin yanığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, hadisə kişinin yaşadığı evin hamamında su qızdırıcısını yandırarkən baş verib. Bu zaman partlayış olub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)