Qazaxda hamı bu kişini axtarır | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumat yayır. Qazaxda 45 yaşlı kişi itkin düşüb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Məmmədov Camal Mədət oğlu avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur.
Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050 258 57 57 şəhər və mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu