Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkənin qərb bölgəsində hava şəraiti kəskin dəyişib.
Gununsesi.info xəbər verir ki, güclü külək Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində fəsadlar törədib.
Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr müşahidə olunmaqdadır.
Tovuz rayonunda isə küləyin şiddəti artır. Bu dəqiqələrdə küləkli hava şəraiti davam etməkdədir.