Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İnternetdən sifariş
Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.
Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.