Qazaxda maşın piyadanı vurub öldürdü KONKRET

21.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə Qazax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında qeydə alınıb.

1981-ci il təvəllüdlü Rövşən Nəbiyevi maşın vurub.

O, ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью