Qazaxda mayor qəzada həlak oldu FOTO

29.03.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində həlak olan şəxs Məzahir İbrahimxəlildir.

Mənbənin bildirdiyinə görə, o, polis mayoru olub və Qazax Rayon Polis Şöbəsinin pasport-qeydiyyat bölməsində çalışıb.

Mərhumun Daş Salahlı kənd sakini olduğu məlum olub.

Onun fotosunu təqdim edirik.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью