Qazaxda məktəblilər yol polisinin qonağı olub FOTO

21.01.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Qazaxda məktəblilər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə ekskursiya ediblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, burada şagirdlərə yol polisinin xidməti fəaliyyəti, sürücülərin və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün görülən işlər barədə məlumat verib. Məktəblilər növbətçi hissə, xidməti otaqlarla da tanış ediliblər,  burada onları maraqlandıran suallar cavablandırıldıqdan sonra ekskursiya rayon ərazisində davam etdirilib. Şagirdlər burada YPX-nin xidməti avtomobilləri ilə yaxından tanış olublar, avtomobillərdə quraşdırılan sistem barədə onlara  məlumat verilib. Əyani olaraq rayon ərazisindəki piyada keçidlərindən, işıqfordan istifadə qaydaları, eləcə də digər yol hərəkəti qaydaları izah olunub. Sonda  azyaşlılara yollarda diqqətli olmaları tövsiyə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью