Qazaxda narkokuryer saxlanıldı Yeni Çağ Media

30.11.2024

Icma.az, Yenicag saytına istinadən bildirir.

Qazaxda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. Ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, X. Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью