Qazaxda narkokuryerlər saxlanılıb, 5 kiloqram narkotik dövriyyədən çıxarılıb

22.02.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью