Qazaxda narkokuryerlik edən şəxslər saxlanıldılar FOTO | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 33 yaşlı Müsabi Piriyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkarlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əhmədov da saxlanılıb.
Onun üzərindən 2 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiribl
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual
Tam oxu
Xəbəri oxu