Qazaxda narkotik satışını təşkil edən şəxs saxlanılıb

17.03.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

APA-nın yerli bürosu xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 54 yaşlı Vüsal Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Ondan, ümumilikdə, 5 kiloqram marixuana və digər növ narkotik vasitələr, həmçinin elektron tərəzi aşkarlanıb.

V. Abdullayev narkotikləri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью