Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazax, 4 iyul, AZƏRTAC
Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1959-cu il təvəllüdlü rayon sakini R.Məmmədovanı vurub.
Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu