Qazaxda qadın dəm qazından ZƏHƏRLƏNDİ

09.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Canalı kəndində baş verib.

Belə ki, orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatına görə, qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью