Qazaxda qəza: Maşından 4 meyit çıxarıldı

05.06.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxda yol qəzasında ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, hadisə Abbasbəyli kəndində qeydə alınıb.

BMW markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью