Qazaxda skuterdən yıxılan gənc öldü KONKRET

11.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Qazaxda yeniyetmənin faciəvi şəkildə ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, mayın 9-u saat 22:20 radələrində 2009-cu il təvəllüdlü yeniyetmə (kişi cinsli) skuter sürərkən ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə o, təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 23:40-da qeydə alınıb.

Hadisənin hansı şəraitdə baş verdiyi, skuter qəzasının səbəbləri və digər detallar araşdırılır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью