Qazaxda teatrsevərlər üçün Bir gecənin nağılı tamaşası nümayiş etdirilib

04.05.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazax, 4 may, Vüsalə Cənnətova, AZƏRTAC

Qazax Dövlət Dram Teatrının səhnəsində Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanan "Bir gecənin nağılı" tamaşası təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədovdur. Rolları aktyorlar Rüfət Ömər və Zəmanə Dərviş ifa edirlər.

Komediya janrında hazırlanan, sevgi hekayəsi üzərində qurulan səhnə əsərində ailələrdə yaşanan aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri qabardılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью