Qazaxda toydan gələnlər qəzaya düşdü

20.04.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxda ağır yol-nəqliyyat hadisəsi olub.

"Yeni Sabah" xəbər verir ki, İkinci Şıxlı kəndində 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb.

Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə minik maşını toydan qayıdan zaman qəzaya düşüb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью