Qazaxda traktor aşdı, 17 yaşlı sürücü ÖLDÜ

20.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Qazaxda yol-nəqliyyat hadisəsi olub, ölən var.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью