Qazaxda traktor aşıb, ölən var

20.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью