Qazaxda Ukrayna vətəndaşı çayda batıb

18.07.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.

Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsüdür. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью