Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
İyunun 1-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş musiqili əyləncəli bayram tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və idarənin tabeliyindəki idman məktəblərinin məşqçi müəllimləri, idmançılar, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, şura üzvləri və könüllülər, Qazax şəhəri ərazisində fəaliyyət göstərən məktəblərin, körpələr evi-uşaq bağçalarının kollektivi və uşaqları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları və qonaqları salamlayıb, körpə fidanları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin əməkdaşlarına Qazaxda "Sağlam həyat" səyyar layihəsi çərçivəsində təşkil olunmuş tədbirə və müxtəlif növ idman qurğularının quraşdırılmasına görə minnətdarlığını bildirib, razılığını ifadə edib. Rayon rəhbəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gələcəyimiz olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərildiyini söyləyib. Bugünkü tədbirin həmin qayğının davamı olduğunu diqqətə çatdırıb.
Sonra söz gələcəyimiz olan uşaqlara, körpə fidanlara verilib. Bağça uşaqlarının təqdimatında şeirlər səsləndirilib. Balacaların səsləndirdiyi Vətənə, torpağa, şəhidlərimizə, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb.
Sonda rayon rəhbəri uşaqlara yaxınlaşaraq onlarla səmimi söhbət edib, xatirə şəkilləri çəkdirib.