Qazaxda velosiped yarışı keçirilib

25.07.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Federasiya Kubokunun qaliblər müəyyənləşib

Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin "İdman Paytaxtı" Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Qazaxın "İdman Paytaxtı" seçilməsinin əhəmiyyəti vurğulanıb.

Rayon rəhbərliyi və Federasiya nümayəndələri bu cür yarışların bölgədə velosiped idmanının inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Respublikanın müxtəlif bölgələrini təmsil edən 150-dən artıq oğlan və qız idmançı qrup ötüşməsi üzrə mübarizə aparıb. Eyni zamanda, yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunub.

Sonda 6 kateqoriya üzrə fərqlənən qalib və mükafatçılara medal, diplom və kuboklar təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью