Qazaxda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib

24.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qazax, 24 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarının gənclərlə görüşü təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Ədəbiyyat Muzeyində keçirilən görüşdə çıxış edənlər 8 Noyabr - Zəfər Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını, bu günün Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın haqq savaşı böyük tarixi Qələbə ilə başa çatdı. Bu tarixi Qələbə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi.

Diskussiya formatında davam edən görüşdə müharibə iştirakçıları gənclərin suallarını cavablandırıb, döyüş xatirələrini onlarla bölüşüb, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью