Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ot bağlamalarının yığıldığı sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 13 ton ot bağlamasının üç tonu yanıb. Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.