Qazaxda yük avtomobili qadını vuraraq öldürdü

05.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Elnur Mirzəli oğlu Səmədov idarə etdiyi HOWO markalı yük avtomobili ilə piyada 1957-ci il təvəllüdlü Humayə Ocaxverdi qızı Məmmədovanı avtomobili vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью