Qazaxda yük maşını qatarla toqquşdu Yaralanan var

22.05.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxda avtomobili qatarla toqquşub, xəsarət alan var.

"Unikal"ın məlumatına görə, görə hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dəmir yolu xəttinin rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük maşını dəmir yolu xəttinə çıxıb. Nəticədə qatar yük maşınını vurub. Bu zaman "Ford"un sürücüsü - 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью