Icma.az bildirir, Azertag portalına istinadən. Qazax, 22 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC Dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli
Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşənlər onun yaradıcılığının bugünkü gənc yazarlara örnək olduğunu bildiriblər.
Vurğulanıb ki, Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi də Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin yüksək səviyyədə qeyd edir.
Yubileyə həsr olunmuş silsilə tədbirlər, esse, inşa müsabiqələri, konfranslar təşkil olunur.
Sonra rayon rəhbərliyi və tələbələr Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər.
Tələbələrə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm verib, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmayıb.
Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib.
Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olub, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq verib.