Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazax rayonunda ağır yol qəzası baş verib.Reyting.az yerli KİV-lərə istinadla bildirir ki, hadisə Abbasbəyli kəndində qeydə alınıb."BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyalarını dəyişiblər.Faktla bağlı araşdırma aparılır.***Qazaxda yol qəzasında ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Reyting.az-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.