Qazaxdakı yanğın söndürülüb

15.08.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazax rayonunun Xanlıqlar kəndində baş verən yanğın söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Föcqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью