Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək

22.11.2024

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

"Operativ Media" xəbər verir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.

O bildirib ki, hazırda Qazax rayonun Xeyrimli kəndi ərazisində zastavanı müvəqqəti qurulub:

"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью