Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək

22.11.2024

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək.
Reyting.az
xəbər verir ki, bu sözləri "Report"un əməkdaşına "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.
O bildirib ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisində zastava müvəqqəti qurulub:
"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью