Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək Xəbər saytı Son xəbərlər və Hadisələr

22.11.2024

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək.

BAKU.WS xəbər verir ki, bu sözləri "Report"a "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Qazaxın işğaldan azad olunan Xeyrimli kəndində deyib.

O bildirib ki, hazırda Qazax rayonunun Xeyrimli kəndi ərazisində zastava müvəqqəti qurulub:

"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin bərpasına başlanılacaq. Bu zaman orada yeni zastavalar da tikiləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью