Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsilə müşahidə olunur

22.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsilə müşahidə olunur.

"Report"un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.

O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:

"Bura Qazaxın yeni işğaldan azad olunan kəndləri də daxildir. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsilə nəzarət olunan ərazilərə baxa bilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью