Qazaxıstan 10 ayda BTC ilə 1,3 milyon tondan çox neft tədarük edib

12.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Qazaxıstanın "KazTransOil" milli şirkəti 2026-cı ilin yanvar-oktyabr aylarında Aktau dəniz limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1 milyon 321 min ton neft tranzit edib.

Bu barədə Bakıvaxtı.az şirkətə istinadən xəbər verir.

"KazTransOil"un imkanlarından istifadə edərək Aktau limanında tankerlərə yüklənmiş neftin ümumi həcmi 2 milyon 922 min ton təşkil edib ki, bu da illik müqayisədə təxminən 11 % artım deməkdir.

Cari ilin 10 ayında şirkət əsas boru kəməri sistemi vasitəsilə neft nəqlinin həcmini 4,6 % artıraraq 38 milyon 306 min tona çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью