Qazaxıstan 2028 ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

06.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Qazaxıstan 2028-ci ildə kommersiya hava taksi reyslərinə başlamağı planlaşdırır.

AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Baş nazirin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib. Onun sözlərinə görə, hazırda Astana, Almatı və Koşşidə taksilərin sınaqdan keçirildiyi pilot layihə həyata keçirilir.

Qeyd olunub ki, artıq Astana və Alatauda hava taksilərinin nümayiş uçuşları keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью